Bank Of Baku

Qəbələnin Nic qəsəbəsinə ilk dəfə təbii qaz verilib

Qəbələnin Nic qəsəbəsinə ilk dəfə təbii qaz verilib
# 17 sentyabr 2016 10:31 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. Qəbələ rayonunun ən böyük yaşayış məntəqələrindən biri olan Nic qəsəbəsinə ilk dəfə təbii qaz verilib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, qəsəbəyə təbii qazın verilməsi münasibətilə sentyabrın 17-də keçirilən mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin rəhbər işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Milli Məclisin deputatı Fəttah Heydərov, rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev qəsəbə sakinlərini ilk dəfə təbii qazdan istifadəyə başlamaları münasibətilə təbrik edib. Qeyd edilib ki, 1525 abonenti olan Nic qəsəbəsinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1505 metr olan müxtəlif diametrli polietilen və ümumi uzunluğu 194 min 966 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 1525 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
 

Çıxışlardan sonra qəsəbəyə təbii qazın verilməsi münasibətilə rəmzi məşəl alovlandırılıb. Mərasim iştirakçıları evlərə baş çəkib, “mavi yanacağ”ın təzyiqini yoxlayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR