Bank Of Baku

Qutseriyev: "Azərbaycan "Russneft"dən hasilatı azaltmağı tələb etməyib"

Qutseriyev: "Azərbaycan "Russneft"dən hasilatı azaltmağı tələb etməyib"
# 29 iyun 2017 08:41 (UTC +04:00)

Azərbaycan və Qazaxıstan Qutseriyevlər ailəsinə məxsus "Russneft" və digər neft hasil edən şirkətlər tərəfindən hasilatın azaldılmasına dair tələb irəli sürməyib.


"APA-Economics" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu "Russneft" şirkətinin səhmdarlarından biri, milyarder Mixail Qutseriyev bildirib.

"Xeyr, belə bir xahiş edilməyib. Çünki bizim oradakı hasilatımızın həcmləri çox kiçikdir. Biz Qazaxıstan və Azərbaycanda illik 700 min barel neft hasil edirik. Halbuki, Azərbaycan və Qazaxıstanda hasilat 60 mln. ton təşkil edir və bizim oradakı payımız gülməli bir rəqəmlə ifadə olunur. Lakin "Russneft" üçün bu rəqəm kiçik deyil. Biz həmin bazarlarda  əhəmiyyətli paya malik deyilik", - deyə M. Qutseriyev qeyd edib.
 

O xatırladıb ki, şirkət rentabelliliyi azalan yataqlarda hasilatı azaldır, yüksək rentabelli yataqlarda isə artırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR