Bank Of Baku

Rövnəq Abdullayev: “Abşeron yatağının işlənməsi layihəsi üzrə yekun investisiya qərarı 2016-ci ildə qəbul ediləcək” - FOTO

Rövnəq Abdullayev: “Abşeron yatağının işlənməsi layihəsi üzrə yekun investisiya qərarı 2016-ci ildə qəbul ediləcək” - <span style="color: red;">FOTO
# 20 iyun 2015 08:22 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Abşeron” yatağının işlənməsi layihəsi üzrə yekun investisiya qərarı 2016-cı ildə qəbul ediləcək.

 

APA-Economics”in “Praym” agentliyinə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında SOCAR prezidenti Rövnəq Abdullayev deyib. Onun sözlərinə görə, hazırda Total şirkəti yekun investisiya qərarının hazırlanması üzərində işləyir: “Yataqda ilk qaz hasilatı 2020-2021-ci illərə təsadüf edəcək. İllik hasilat təxminən 5 milyard kubmetr qaz təşkil edəcək. Daha dəqiq rəqəm gələn il məlum olacaq”.

 

Qeyd edək ki, SOCAR-ın qiymətləndirmələrinə görə, yatağın ehtiyatları 150-300 mlrd. kubmetr qaz təşkil edir.

 

Xatırladaq ki, “Abşeron” yatağının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə müqavilə 2009-cu ilin fevralında imzalanıb. Müqaviləyə əsasən, SOCAR və Total hərəsi 40%, GDF Suez isə 20%-lik paya malikdir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR