Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Qaz Emalı Zavodunu yenidən bərpa etmək niyyətində deyil.
“APA-Economics”in xəbərinə görə, bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.
Şirkət rəhbəri deyib ki, Qaz Emalı Zavodunu bərpa etmək iqtisadi baxımdan əlverişli deyil. “Zavod çox köhnədir”, - deyə o bildirib.
Qeyd edək ki, Qaz Emalı Zavodunda “Azneft” İB-də hasil olunmuş təbii və səmt qazları emal edilir. Zavodun istehsal olunmuş məhsullarına təmizlənmiş qaz, maye qaz və qaz benzini aiddir. 2010-cu ildə müəssisədə 4,030 mlrd. kubmetr təmizlənmiş qaz, 24,8 min ton maye və 26,7 min ton qaz benzini istehsal olunub.