Bank Of Baku

Rövnəq Abdullayev: "Azərbaycanın ilk CNG stansiyası bu yaxınlarda istifadəyə veriləcək"

Rövnəq Abdullayev: "Azərbaycanın ilk CNG stansiyası bu yaxınlarda istifadəyə veriləcək"
# 01 may 2015 11:13 (UTC +04:00)

"APA-Economics"in xəbərinə görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.

 

R. Abdullayevin sözlərinə görə, ilk CNG stansiyası "BakuBus" MMC-yə məxsus avtobus parkının yaxınlığında inşa edilir.

 

SOCAR prezidenti deyib ki, yaxın 1 il ərzində Bakı bütövlükdə CNG stansiyalarla əhatə olunacaq.

 

"Bundan sonra hər 180 kilometrdən bir bütün yollarda CNG stansiyalar inşa olunacaq. SOCAR gələcəkdə bazarın 30-35%-ni təbii qaza keçirmək niyyətindəyik. Bu həm ekoloji, həm də qiymət baxımından daha sərfəlidir", - deyə R. Abdulayev bildirib.

 

R, Abdullayev bildirib ki, sərnişindaşıma ilə məşğul olan bütün avtobuslar təbii qazla işləyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR