Bank Of Baku

Rövnəq Abdullayev: "İnflyasiya nəzərə alınaraq, işçilərimizin maaşı artırılacaq"

Rövnəq Abdullayev: "İnflyasiya nəzərə alınaraq, işçilərimizin maaşı artırılacaq"
# 05 fevral 2016 11:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Biz mütəmadi olaraq əmək haqlarını qaldırırıq. Məsələn, 2007-ci ildə 25% qaldırdıq. Bizim ayırdığımız əmək haqqı başqa dövlət şirkətlərinə nisbətən kifayət qədər yüksəkdir". "APA-Economics" xəbər verir ki, bu barədə gənc neftçilərlə görüşü zamanı SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

 

"Neft şirkətinin büdcəsində imkanlar məhduddur. Buna baxmayaraq, faktiki inflyasiyanı hesablayandan sonra müəyyən qədər inflyasiya kompensasiyası edəcəyik", - deyə R. Abdullayev bildirib.

 

Əmək haqlarının hansı miqdarda artacağına gəlincə, SOCAR prezidenti deyib ki, bu istiqamətdə ilk öncə hesablamalar aparılmalıdır: "Çalışacağıq ki, əməkdaşlarımıza köməklik edək. Büdcə təşkilatlarında çalışanlarla müqayisədə bizim aldığımız (əmək haqları - red.) arasında çox fərq var. Bu məsələdə inflyasiya nəzərə alınacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR