Bank Of Baku

Rövnəq Abdullayev "İnpex" korporasiyasının prezidenti ilə müzakirələr aparıb

Rövnəq Abdullayev "İnpex" korporasiyasının prezidenti ilə müzakirələr aparıb
# 09 iyul 2015 14:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin başçılığı ilə şirkətin nümayəndə heyəti Yaponiyada səfərdədir.

 

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, səfərin məqsədi Yaponiya şirkətləri ilə ikitərəfli görüşlərin keçirilməsi, SOCAR-ın həyata keçirdiyi layihələrdə yapon şirkətlərinin iştirakının və əməkdaşlıq imkanlarının müzakirə olunmasıdır.

 

Səfər çərçivəsində R. Abdullayev Yaponiyanın ən böyük neft-qaz hasilatı və emalı şirkəti olan “İnpex” korporasiyasının prezidenti Toşiaki Kitamura ilə görüşüb. Görüşdə SOCAR-ın vitse-prezidentləri Süleyman Qasımov və Tofiq Qəhrəmanov, Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadə, Yaponiya tərəfdən isə “İnpex” şirkətinin Avrasiya və Yaxın Şərq regionu üzrə vitse-prezidenti Yasuhisa Kanehara və “Azəri-Çıraq-Günəşli” (AÇG) və Batı-Tbilisi-Ceyhan (BTC) layihələri üzrə aktivlərin idarə olunması üzrə vitse-prezident Akihiko Kuraşina iştirak ediblər.

 

Görüşdə “İnpex” şirkətinin SOCAR-ın layihələrində, o cümlədən AÇG layihəsində iştirakı, AÇG üzrə gələcək əməkdaşlıq, Azərbaycanın daxilində və xaricdəki layihələrdə mümkün əməkdaşlıq perspektivləri, SOCAR mütəxəssisləri üçün “İnpex” şirkətində treninqlərin təşkil olunması və digər məsələlər müzakirə edilib.

 

SOCAR-ın nümayəndə heyətinin Yaponiyaya səfəri davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR