Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin Rumıniyaya səfəri çərçivəsində Bakau şəhərində SOCAR brendi ilə fəaliyyət göstərəcək yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.
ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, geniş əraziyə malik yeni YDM-də “Euro Dizel 95”, “Super Euro Dizel 98”, “Benzin 95” və 98 tipli yanacaq məhsullarının satışı həyata keçirilir.
Qeyd edək ki, hazırda ARDNŞ Rumıniyanın Botoşan, Suçeava, Nyamtç, Yasi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov və Kluj dairələrində yanacaqdoldurma məntəqələrinə malikdir. Yeni açılmış YDM Bakau şəhərində SOCAR brendi ilə fəaliyyət göstərəcək sayca 2-ci belə obyektdir.