Bank Of Baku

Rusiya “Türk axını”nın birinci xətt üzrə hökumətlərarası layihəsini Türkiyəyə göndərib - FOTO

Rusiya “Türk axını”nın birinci xətt üzrə hökumətlərarası layihəsini Türkiyəyə göndərib - <span style="color: red;">FOTO
# 28 iyul 2015 11:13 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Rusiya “Türk axını”nın birinci xətt üzrə hökumətlərarası layihəsini Türkiyəyə göndərib.

 

APA-Economics”in RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Rusiyanın Energetika Nazirliyindən məlumat verilib.

 

“Rusiya tərəfi “Türk axını” layihəsinin birinci xətt üzrə təkliflərini hazırlayaraq Türkiyə tərəfinə göndərib”, - deyə bildirilib.

 

“Türk axını” layihəsi çərçivəsində ildə 63 mlrd. kubmetr qazın Qara dəniz vasitəsilə Rusiyadan Türkiyəyə göndərilməsini nəzərdə tutan boru xətti inşa olunacaq. Boru xətti 4 xətdən ibarət olacaq və 47 mlrd. kubmetr qazı Türk-Yunan sərhədinə daşıyacaq.

 

“İlkin mərhələdə “Türk axını”nın kompleks inşası üçün hökumətlərarası sazişin hazırlanması və imzalanması planlaşdırılır ki, o da bütün 4 xəttin inşasını sürətləndirməyə yardım edəcək. Lakin, Türkiyə və Rusiya arasında iyunda Bakıda keçirilən son görüşdə tikintinin mərhələlərlə davam etdirilməsinə qərar verilib”, - deyə məlumatda vurğulanıb.

 

“Biz addım-addım getməyə hazırıq. Rusiya tərəfi bir xətt üzrə ilkin təkliflərini hazırlayıb. İkinci, dördüncü xətlər üzrə isə hökumətlərarası ayrı-ayrı razılaşmalar olacaq”, - deyə mətbuat xidmətindən bildirilib və əlavə olunub ki, “Türk axını”nın ilk xətti Türkiyə tərəfinin ehtiyaclarının ödənilməsi məqsədini daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR