Bank Of Baku

Rusiya Avropa İttifaqı ilə “Cənub axını” layihəsini müzakirə etməkdən imtina edib

Rusiya Avropa İttifaqı ilə “Cənub axını” layihəsini müzakirə etməkdən imtina edib
# 09 dekabr 2014 14:18 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Rusiya “Cənub axını” layihəsi ilə bağlı Avropa İttifaqının (Aİ) bu günə təyin etdiyi müzakirələrdə iştirak etməkdən imtina edib.

 

APA-Economics”in “Prime” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

 

“Rusiya Avropa İttifaqının üzvü deyil. Buna görə də bu görüşdə iştirak etmək niyyətimiz yoxdur”, - deyə nazir bildirib.

 

Qeyd edək ki, bu gün Brüsseldə “Cənub axını” layihəsinin iştirakçısı olan ölkələrin energetika nazirlərinin görüşü baş tutacaq. Avropa Komissiyasının sədri Jan-Klod Yunker bu layihənin hələ də reallaşdırıla biləcəyini düşünür. Bolqarıstanın baş naziri Boyko Borisov da hadisələrin bu cür inkişaf edəcəyi qənaətindədir.

 

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin dekabrın 1-də Türkiyədə səfərdə olarkən “Cənub axını” layihəsinin dayandırılmasını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR