Bank Of Baku

Rusiya və OPEC neft hasilatının hazırkı səviyyədə saxlanması barədə razılığa gəlib

Rusiya və OPEC neft hasilatının hazırkı səviyyədə saxlanması barədə razılığa gəlib
# 16 fevral 2016 10:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Rusiyanın energetika naziri Aleksandr Novakın OPEC-ə üzv olan bəzi ölkələrin nümayəndələri ilə Qatarın paytaxtı Doha şəhərində keçirdiyi görüşdə neftin hasilatının səviyyəsinin dondurulması ilə bağlı razılıq əldə olunub. "APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə Qətərin energetika naziri Məhəmməd Saleh əl Səda bildirib.

 

Səudiyyə Ərəbistanın neft naziri Əli əl-Naimi isə bildirib ki, hasilat fevralın 11-ə olan səviyyədə saxlanacaq. "Səudiyyə Ərəbistanı da bu qərarla razılaşıb", - deyə nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR