Bank Of Baku

Brent neftinin qiyməti 49 dolları ötüb - YENİLƏNİB

Brent neftinin qiyməti 49 dolları ötüb - <span style="color: red;">YENİLƏNİB
# 05 sentyabr 2016 11:53 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Neftin qiyməti sürətlə bahalaşmağa başlayıb.

 

"APA-Economics" xəbər verir ki, hazırda Brent markalı neftin 1 barrelinin qiyməti 4,76% artaraq 49,06 dollara, WTI neftinin bir barrelinin qiyməti isə 4,07% artaraq 46,25 dollara yüksəlib.

Neftin bahalaşmasına səbəb Rusiya və Səudiyyə Ərəbistanı arasında neft bazarının stabilləşdirilməsi ilə bağlı birgə bəyanatın imzalanmasıdır.

 

 

*** SAAT 13:49

 

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Rusiya və Səudiyyə Ərəbistanı neft bazarının stabilləşdirilməsi ilə bağlı birgə bəyanat imzalayıb.

 

"APA-Economics" xəbər verir ki, sənəd G20 sammiti çərçivəsində Rusiyanın energetika naziri Aleksandr Novak və Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid bin Abdel Əziz əl-Faleh tərəfindən imzalanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR