Bank Of Baku

Göyçayın ən ucqar kəndinə təbii qaz verilib

Göyçayın ən ucqar kəndinə təbii qaz verilib
# 19 mart 2016 11:51 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunun ən ucqar yaşayış məntəqəsi olan Alpoud kəndinə uzun illər fasilədən sonra təbii qaz verilib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və rayon icra başçısı Mübariz Ağayev iştirak ediblər.

 

Ölkəmizdə reallaşan sosial layihələrdən bəhs edən R. Abdullayev hər kəndin qazlaşdırılmasının xüsusi diqqət mərkəzində saxlanıldığını, respublika üzrə qazlaşdırmanın  uğurla başa çatdırılacağını bildirib. O qeyd edib ki, Azərbaycanda yaşayış məntəqələrinin sürətlə qazlaşdırılması kommersiya məqsədi daşımır, sosial xarakterlidir: “Ölkə başçısının tapşırığına əsasən 2018-ci ilədək ölkəmizin bütün yaşayış məntəqələrinin tam qazlaşdırılması qarşımıza əsas vəzifə kimi qoyulub”.

 

Tədbirdə bildirilib ki, Alpoud kəndində 5548 metr uzunluğunda müxtəlif diametrli polietilen və 43 min 274 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətti çəkilib. Kənddə ümumilikdə 507 abonent mavi  yanacaqla təmin olunub. Bütün evlərə qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

 

Qeyd edilib ki, indiyədək Göyçay rayonunda yaşayış məntəqələrinin 70 faizi qazlaşdırılıb. Hazırda  rayonun 10 kəndinin qazlaşdırılması üçün işlər görülür. Bu ilin sonunadək Göyçayda yaşayış məntəqələrinin 95 faizi təbii qazla təmin olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR