Bakı - APA-Economics. Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev “Rosneft” ASC-nin (Rusiyanın dövlət neft şirkəti) səhmlərinin 19,5%-nin özəlləşdirilməsi ilə bağlı qərar imzalayıb.
“APA-Economics”in məlumatına görə, qərar Rusiyanın Nazirlər Kabinetinin saytında yerləşdirilib.
Qərara əsasən, hökumət şirkətin 2 066 727 473 səhminin özəlləşdirilməsinə razılıq verir.
“İnterfaks” xəbər agentliyinin məlumatına görə, “Rosneft”in rəhbəri İqor Seçin Rusiya mətbuatına bildirib ki, səhmlərin dəyəri 8,12 dollar təşkil edəcək.
Bundan öncə maliyyə naziri Anton Siluanov bildirib ki, Rusiya büdcəsi bu əməliyyatdan 423 mlrd. rubl əldə edəcək.