Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycan Rusiyadan 2014-cü ilin dekabr ayı ərzində 7 262 ton sement idxal edib ki, bu da Rusiyanın ixrac etdiyi ümumi sementin 10%-ini təşkil edir.
“APA-Economics” xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidmətinin hesabatında deyilir.
Rusiya sementinin ən böyük idxalçısı isə Qazaxıstandır. Hesabat dövründə Qazaxıstan Rusiyadan 43 min ton sement idxal edib ki, bu da Rusiyanın sement ixracının 59%-ini təşkil edir.
İkinci yerdə isə Belarus qərarlaşıb. Bu ölkə 17 min ton sement idxal edib.
Qeyd edək ki, 2014-cü ilin dekabr ayı ərzində Rusiyadan ümumilikdə 72 281 ton sement ixrac olunub.