Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Qaz İxrac” İdarəsinin Abşeron, Ağdam və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, sabah iyulun 15-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Səngəçal”, Ağdam Magistral qaz kəmərləri sahəsinin “Əhmədbəyli” və “Horadiz”, Qazax Magistral qaz kəmərləri sahəsinin “Şəmkir” Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində Şəmkir və Fizuli rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Təmir işlərinin Qaradağ rayonunun Səngəçal və Sahil qəsəbələrinin bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.