Bank Of Baku

Sabah Azərbaycanın bəzi yaşayış məntəqələrinin qaz təchizatı məhdudlaşdırılacaq

Sabah Azərbaycanın bəzi yaşayış məntəqələrinin qaz təchizatı məhdudlaşdırılacaq
# 10 fevral 2015 15:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sabah Azərbaycanın bəzi yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.

 

Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, fevralın 11-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Magistral Qaz Kəmərləri sahələrinin bəzi qazpaylama stansiyalarında, qazpaylama məntəqələrində və ölçü qovşaqlarında təmir işləri aparılacaq.

 

Təmir müddətində Bakı şəhərinin Kürdaxanı, Pirşağı, Bilgəh, eləcə də Bərdə rayonunun Cəyirli yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.

 

Aparılan işlərin Bərdə şəhərinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR