Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Sabirabad rayonunun təbii qaz təchizatı məhdudlaşdırılacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qaz nəqli şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar saat 14:00-dan 16:00-dək Sabirabad rayonunun bir hissəsinə təbii qazın verilişində məhdudiyyət olacaq.