Bank Of Baku

Sabunçu rayonunun qaz təchizatı məhdudlaşdırılır

Sabunçu rayonunun qaz təchizatı məhdudlaşdırılır
# 10 avqust 2016 07:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakı şəhəri Sabunçu  rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

 

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması və yeni çəkilmiş qaz xətlərinin mənbəyə qoşulması  ilə əlaqədar avqustun 10-da saat 09:00-dan 18:00- dək Sabunçu rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

 

Aparılan işlərin Binəqədi  rayonu  Sulutəpə ərazisinin qaz təchizatına da təsir göstərməsi mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR