Bank Of Baku

Səfir: "Cənub Qaz Dəhlizi Azərbaycanın dünyada iri enerji ixracatçısına çevrilməsinə imkan yaradacaq”

Səfir: "Cənub Qaz Dəhlizi Azərbaycanın dünyada iri enerji ixracatçısına çevrilməsinə imkan yaradacaq”
# 23 noyabr 2017 12:24 (UTC +04:00)

"Azərbaycan və Böyük Britaniya enerji sahəsində əməkdaşlığını daha da artırmaq  niyyətindədir". 

 

APA-nın xəbərinə görə, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Karol Krofts deyib. 

 

O bildirib ki, Britaniya və tərəfdaşları "Azəri-Çıraq-Günəşli" neft yataqlarında 40 milyard dollar dəyərində yeni investisiya qoymağı planlaşdırır: "Cənubi qaz dəhlizi" layihəsi də 2020-ci ildə başa çatacaq və bu da Azərbaycanın dünyada iri enerji ixracatçısına çevrilməsinə imkan yaradacaq". 

 

Səfir qeyd  edib ki, Azərbaycanın yüksək inkişaf strategiyasına dair addımlarını xüsusi qiymətləndirir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR