Bank Of Baku

Sənayenin qeyri-neft sektorunda istehsal 4,3% artıb, neft sektorunda 7,7% azalıb

Sənayenin qeyri-neft sektorunda istehsal 4,3% artıb, neft sektorunda 7,7% azalıb
# 15 sentyabr 2017 14:45 (UTC +04:00)

2017-ci ilin yanvar-avqust aylarında Azərbaycan sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 6% azalaraq 24,8 mlrd. manat təşkil edib.

 

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda istehsal əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3% artıb, neft sektorunda isə 7,7% azalıb. Sənaye məhsulunun 69,7%-i mədənçıxarma, 24,9%-i emal, 4,6%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
 

Sənayedə qeyri-dövlət sektorunun payı 79,% olub. Ümumi istehsalın 89,4%-i sənaye məhsulunun istehsalı, 10,6%-i isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.
 

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında sentyabrın 1-nə 487,2 mln. manatlıq hazır məhsul olub.

 

Ehtiyatların 68,5%-i Bakı, 5%-i Sumqayıt, 4,1%-i Gəncə, 1,7%-i Şirvan, 0,1%-i Mingəçevir şəhərlərinin, qalan hissəsi isə digər şəhər və rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 15,9 mln. manat məbləğində digər məhsullar da mövcud olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR