Bank Of Baku

Bakıda qaz kəmərində baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Bakıda qaz kəmərində baş vermiş yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB
# 02 yanvar 2017 08:03 (UTC +04:00)

Bakıda qaz xəttində baş verən yanğın söndürülüb.

 

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

***

 

saat 08.46

 

2016-cı il dekabrın 27-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində partlayış baş vermiş qaz xəttində yenidən partlayış olub.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanğınla nəticələnən partlayış bu gün saat 07 radələrində kəmərin eyni yerində qeydə alınıb.

 

Hadisədən dərhal sonra FHN-in canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.

 

Ərazidə təhlükəsizlik tədbirləri görülüb, Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərinə qaz vurulması dayandırılıb.

 

Yanğın lokallaşdırılıb, tam söndürülməsi üçün tədbirlər davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR