Bank Of Baku

Sentyabrda "Azəriqaz"da 8 minə yaxın yeni abonent qeydə alınıb

Sentyabrda "Azəriqaz"da 8 minə yaxın yeni abonent qeydə alınıb
# 15 oktyabr 2015 09:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin sentyabr ayı ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 7 869 yeni abonent qeydiyyata alınıb.

 

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bunun da 2 385-i Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 5484-ü isə regionların payına düşüb.

 

Ümumiyyətlə bu ilin yanvar-sentyabr aylarında qeydiyyata alınmış yeni abonentlərin sayı 60 333 təşkil edib. Bu göstəricinin də 21 903-ü Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu, 38430-u isə regionlar üzrə olub.

 

Bu ilin sentyabr ayında əhali sektoru üzrə 65 mln. 411 min 643 kubmetr həcmində təbii qaz satılıb, ödəniş 122,04% təşkil edib. Qeyri-əhali sektoru üzrə isə 115 mln. 102 min 756 kubmetr həcmində təbii qaz satılmış və qarşılığında 120,26% vəsait toplanıb.

 

Qeyd edək ki, bu ilin oktyabrın 1-nə olan məlumata görə, əhali sektoru üzrə 124 921 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub. Bundan əlavə, 328 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR