Bakı. Pərviz Nuriyev – APA-Economics. 2014-cü ilin sentyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 mln. 285 min 783 ton Azərbaycan nefti nəql olunub.
Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, cari ilin yanvar- sentyabr aylarında bu kəmərlə 21 mln. 844 min 191 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2014-cü il oktyabr ayının 1-ə qədər BTC-yə 257 mln. 160 min 695 ton neft vurulub.
Bundan başqa, cari ilin sentyabr ayında BTC kəməri ilə ümumilikdə 385 min 597 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.