"Xəzər dənizindəki qaynaqların uyğun yollarla Türkiyə və Avropaya daşınması iqtisadi inkişafa və təhlükəsizliyə töhfə verəcək".
APA-nın məlumatına görə, bunu Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimində çıxışında deyib.
O bildirib ki, təbii ehtiyatları müharibə meydana çevirmədən, hər kəsin qazanacağı sülh modelinə çevirmək ən yaxşı addımdır: “Bu coğrafiya insanlığa xidmət edən işbirliyi qovşağına çevrilir. Orta Şərq enerji qaynaqları səbəbindən başı bəladan qurtarmayan bölgədir. Bu qaynaqları işbirliyi və sülh ortamına töhfə verməyə çevirmək ağıllı addımdır.
Təbii ehtiyatların Avropaya ən qısa yol olan Türkiyə vasitəsi ilə çatdırılması geniş işbirliyi ortamı yaradacaq və bölgənin təhlükəsizliyinə töhfə verəcək. TANAP layihəsi bu baxımdan əhəmiyyətlidir.
Azərbaycan prezidenti Türkiyə və Azərbaycan qardaşlığından danışdı. Demək istəyirəm ki, bir qardaşınız da var. Türkiyə və Azərbaycanın bir acısı olduğunda biz də bunu üzərimizdə hiss edirik. Sevincinizi olanda isə sizinlə bərabər sevinirik".