Bakı. Yeganə Laçınzadə - APA-Economics. Sinqapurun "Petron Singapore Trading PTE LTD" şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunub. Bu barədə “APA-Economics”ə Vergilər Nazirliyindən məlumat verilib.
Bildirilir ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, ev 6 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, 2010-cu ildə təsis olunan "Petron Singapore Trading PTE LTD" neft və neft məhsullarının topdan satışı ilə məşğul olan şirkətdir.