Bank Of Baku

SOCAR-AQŞ “Günəşli’’ yatağında daha bir quyuda qazma işlərinə başlayır

SOCAR-AQŞ “Günəşli’’ yatağında daha bir quyuda qazma işlərinə başlayır
# 24 iyul 2014 15:28 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. SOCAR-AQŞ ’Günəşli’’ yatağındakı 13 saylı stasionar dəniz özülündən 33 saylı quyuda qazma işlərinə başlayır. 

 

33 saylı quyunun Qırmaki Altı Lay Dəstəsinə (QALD) qazılması planlaşdırılıb və quyunun layihə dərinliyi 3 500 metr təşkil edir. Lahiyələndirilən quyunun sutkalıq sınaq hasilatının 15 ton kondensat və 150.000 m3 qaz həcmində olacağı gözlənilir.

 

Bu barədə “APA-Economics”ə SOCAR-AQŞ-nin mətbuat xidmətindən məlumat verilib.

 

Məlumatda bildirilir ki, “SOCAR-AQŞ növbəti quyuları da sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən tikərək təhvil verəcək.

 

Qeyd edək ki, quyunun qazılması ARDNŞ-in “Azneft” İstehsalat Birliyi tərəfindən sifariş edilib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR