Bank Of Baku

SOCAR-da istehsalat tullantı sularının təmizlənməsi qurğusunun təqdimatı keçirilib

SOCAR-da istehsalat tullantı sularının təmizlənməsi qurğusunun təqdimatı keçirilib
# 09 oktyabr 2015 16:02 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində istehsalat tullantı sularının təmizlənməsi qurğusunun təqdimat mərasimi keçirilib.

 

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, tədbirdə SOCAR-ın Baş ofisinin, Ekologiya İdarəsinin, Karbamid zavodunun, “SOCAR Polymer” MMC-nin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun, 4 saylı Ərazi ekologiya və təbii sərvətlər şöbəsinin, həmçinin “Ekol” Mühəndislik Xidmətləri QSC-nin nümayəndələri iştirak ediblər.

 

Bildirilib ki, “Azərikimya” İB-nin strukturuna daxil olan müəssisələrin çirkab sularının təmizlənməsi məqsədi ilə 1967-ci ildən fəaliyyət başlayan “Təmizləyici qurgular” sexinin müasir standartlara uyğunlaşdırılması məqsədilə yeni qurğunun tikintisi üçün ötən ilin əvvəllərində layihə sənədləri hazırlanıb. İstehsalat tullantı sularının təmizlənməsi qurğusunun layihələndirmə, təchizat, tikintiyə nəzarət və montaj işlərinin satın alınması məqsədilə 2014-cü ilin noyabr ayında Birlik tərəfindən açıq müsabiqə elan edilib, Türkiyənin “İdeal Atık və Su Arıtma Sistemləri” şirkəti 35 xarici şirkət arasında tenderin qalibi elan olunub.

 

Bu ilin iyul ayında bu şirkətlə “Azərikimya” İB arasında müvafiq müqavilə imzalanıb. Birliyin icraçı direktorunun əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini Vüqar Kərimov məişət və kimyəvi çirkab sularının idarə olunması ilə bağlı məlumat verib. Sonra tikinti işlərini həyata keçirəcək Türkiyənin “İdeal Atık və Su Arıtma Sistemləri” şirkəti tərəfindən Birliyin struktur bölmələrində formalaşan məişət və kimyəvi çirkab sularının təmizlənməsi üçün seçilmiş sutəmizləmə qurğusunun, ümumilikdə bu istiqamətdə görüləcək işlərin təqdimatı olub.

 

Geniş müzakirə və fikir mübadiləsi şəraitində keçən təqdimat mərasimində çıxış edənlər qurğunun kimya sənayesi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR