Bank Of Baku

SOCAR-ın həmtəsisçisi olduğu şirkət ötən ili 1,2 mln. manat zərərlə başa vurub

SOCAR-ın həmtəsisçisi olduğu şirkət ötən ili 1,2 mln. manat zərərlə başa vurub
# 10 may 2018 08:36 (UTC +04:00)

2018-ci ilin yanvar 1-nə “EKOL mühəndislik  xidmətləri" QSC-nin aktivləri 12 mln. 596 min manat təşkil edib ki, bu da 2016-cı il ilə müqayisədə 9,2% azalma deməkdir.

 

APA-Economics” xəbər verir ki, aktivlərin 7 mln. 377 min manatı uzunmüddətli, 5 mln. 219 min manatı isə qısamüddətlidir.

 

Hesabat dövründə dövlət şirkətinin öhdəlikləri 2,07% azalaraq 1 mln. 565 min manat olub.

 

Ötən il ərzində QSC-nin nizamnamə kapitalı dəyişməyərək 4 mln. 72 min manat olaraq qalıb. Şirkətin cəmi kapitalı isə 2017-ci ildə 9,45% azalaraq 11 mln. 31 min manat olub.

 

Hesabat dövründə “EKOL mühəndislik xidmətləri"nin gəlirləri 12,94%, xərcləri 24,72% artıb. Nəticədə şirkət ötən ilin 1 mln. 151 min manat zərərlə başa vurub.

 

Qeyd edək ki, “EKOL mühəndislik  xidmətləri" QSC-nin səhmdarları SOCAR və “Lancer Services S.A” şirkətidir. SOCAR-ın şirkətdəki payı 51,0019%, “Lancer Services S.A”nın isə 48,9981%-dir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR