Bank Of Baku

SOCAR dövlət büdcəsinə ödənişləri azaldıb

SOCAR dövlət büdcəsinə ödənişləri azaldıb
# 16 noyabr 2016 10:05 (UTC +04:00)

Bu ilin oktyabr ayında SOCAR tərəfindən dövlət büdcəsinə 125 mln. 345 min manat vəsait ödənilib.

 

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin oktyabr ayı ilə müqayisədə 10 mln. 686 min manat və ya 7,85% azdır.

Ümumiyyətlə, bu ilin yanvar-oktyabr aylarında büdcəyə 1 mlrd. 150 mln. 172 min manat vəsait ödənilib ki, bu da ötən ilin on ayı ilə müqayisədə 121 mln. 104 min manat və ya 9,53% azdır.   

 

Bundan əlavə, bu ilin oktyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 12 mln. 207 min manat vəsait köçürüb. Bu göstərici ötən ilin oktyabr ayı ilə müqayisədə 1 mln. 13 min manat və ya 9,04% çox olub.

 

Ümumiyyətlə, bu ilin yanvar-oktyabr aylarında SOCAR tərəfindən DSMF-ə ödəniş 119 mln. 370 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3 milyon 953 min manat və ya 3,42% çox olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR