Bank Of Baku

SOCAR-ın sabiq əməkdaşı Litvada qaz satışı həyata keçirən şirkətin rəhbəri olub

SOCAR-ın sabiq əməkdaşı Litvada qaz satışı həyata keçirən şirkətin rəhbəri olub
# 28 iyul 2017 06:56 (UTC +04:00)

Latviyanın “Latvijas gaze” və İsveçrənin “Verum Plus” şirkətləri Litvada qaz tədarükünün həyata keçirilməsi üçün müvafiq lisenziya alıblar.

 

APA-Economics” xəbər verir ki, “Verum Plus” şirkətinin səhmdarlarının adları açıqlanmır. Məlum olan odur ki, şirkət neft və neft məhsullarının satışı ilə məşğuldur. 2016-cı ilin yanvar ayında adıçəkilən şirkət Litvanın “Klaipedos nafta” müəssisəsi ilə Belarusun Mozır neft emalı zavodundan mazut tədarükünə dair müqavilə imzalayıblar. Şirkət həmçinin “Amber grid” şirkətinə qaz satır.


“Verum Plus”a Andrey Polyakov rəhbərlik edir. O, “Lukoil” şirkətinin törəmə müəssisəsi olan “Litasco” və SOCAR-da çalışıb.


“Latvijas gaze” şirkətinin səhmdarları “Qazprom” (34%), “Marguerite Gas II” (28,97%), “Uniper Ruhrgas International” (18,26%), “IteraLatvija” (16%) və Latviya hökumətidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR