Bank Of Baku

SOCAR-ın satdığı xam neft iyunda ucuzlaşıb

SOCAR-ın satdığı xam neft iyunda ucuzlaşıb
# 03 iyul 2017 14:39 (UTC +04:00)

SOCAR iyun ayında dünya bazarında xam neftin qiymətlərini açıqlayıb.

 

Dövlət şirkətindən "APA-Economics"ə verilən məlumata görə, ötən ay dünya bazarında Brent tipli xam neftin 1 bareli 46,53 dollara, Urals nefti 45,97 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 47,51 dollara satılıb.

 

Qeyd edək ki, mayda dünya bazarında Brent tipli xam neftin 1 bareli 50,43 dollara, Urals nefti 49,40 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 51,55 dollara satılıb. Beləliklə, Brent tipli neftin qiyməti 7,73%, Urals neftinin qiyməti 6,94%, BTC FOB Ceyhan tipli xam neftin qiyməti isə 7,84% azalıb.

 

Ötən ilin iyun ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 48,34 dollara, Urals nefti 47,15 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 49,41 dollara satılıb. Beləliklə, il ərzində Brent tipli neftin qiyməti 3,74%, Urals neftinin qiyməti 2,50%, BTC FOB Ceyhan tipli xam neftin qiyməti isə 3,85% azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR