Bank Of Baku

SOCAR-ın sponsorluq etdiyi "Avro-2016" UEFA tarixinin ən gəlirli turniridir

SOCAR-ın sponsorluq etdiyi "Avro-2016" UEFA tarixinin ən gəlirli turniridir
# 10 iyun 2016 17:08 (UTC +04:00)

Bakı - APA-Economics. Fransada keçirilən futbol üzrə Avropa çempionatı ("Avro-2016") UEFA tərəfindən keçirilən indiyədək təşkil olunan ən gəlirli turnir kimi tarixə düşəcək.

 

"APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, çempionat təşkilatçılarının gəliri təxminən 2 mlrd. avro təşkil edəcək ki, bu da 2012-ci ildə keçirilən Avropa çempionatının analoji göstəricisindən 600 min avro çoxdur.

 

Bildirilir ki, təşkilatçılar teletranslyasiya hüquqlarının satışından 1 mlrd. avro (2012-ci illə müqayisədə 25% çox), sponsorlardan isə 450 mln. avro (40% çox) gəlir əldə edəcəklər. Gəlirin qalan hissəsi 2,5 mln. ədəd biletin satışından əldə olunacaq.

 

Qeyd edək ki, çempionatın sponsorlarından biri də SOCAR-dır. Lakin SOCAR-ın turnirin təşkilatçılarına sponsorluq üçün hansı məbləği ödədiyi açıqlanmır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR