Bank Of Baku

SOCAR-ın vitse-prezidenti: "Yanğının söndürülməsi istiqamətində işlər davam edir"

SOCAR-ın vitse-prezidenti: "Yanğının söndürülməsi istiqamətində işlər davam edir"
# 06 dekabr 2015 15:52 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. "Günəşli” yatağındakı digər neft quyularında işlər davam edir, sadəcə 10-cu özüldə işlər dayandırılıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir".

 

Bunu APA-ya açıqlamasında SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov deyib.

 

O bildirib ki, yanğın söndürülən kimi özüldə bərpa işlərinə başlanılacaq: "SOCAR-ın prezidenti Rövnəq Abdullayev indi hadisə yerindədir. Yanğın söndürüləndən sonra bərpa işlərinə başlanılacaq. Bərpa işləri yekunlaşandan sonra quyular istifadəyə veriləcək. Orada 26 neft quyusu, 4 qaz kondensantı var ".

 

 

O qeyd edib ki, dəymiş ziyan hasil olunmayan neft və qazdır: "Bu da ziyan deyil, çünki çıxarılmayan neft və qazdır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR