Bank Of Baku

SOCAR: “Azərenerji”yə əlavə qaz almaq üçün infrastruktur təklif edilə bilər

SOCAR: “Azərenerji”yə əlavə qaz almaq üçün infrastruktur təklif edilə bilər
# 01 fevral 2016 08:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR "Azərenerji" ASC-yə əlavə qaz almaq üçün infrastruktur təklif edə bilər.

 

"APA-Economics" xəbər verir ki, bu barədə jurnalistlərə SOCAR-ın Marketinq və investisiyalar üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib.

 

Vitse-prezidentin sözlərinə görə, SOCAR Rusiyadan qaz idxal etmək niyyətində deyil: "Bu qaz "Azərenerji"nin, "AzMeCo"nun qaza olan tələbatını ödəmək üçün lazımdır. Biz də onlara kömək etməyə hazırıq. Əgər hökumət göstəriş versə və istənilən hər hansı tədarükçü ilə danışıqlarda razılıq əldə olunsa, bu il artıq qaz almaq mümkün olacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR