Bank Of Baku

SOCAR: "Azəriqaz" və “Azəristiliktəchizat” arasında yaranmış borc məsələsi həllini tapıb - YENİLƏNİB

SOCAR: "Azəriqaz" və “Azəristiliktəchizat” arasında yaranmış borc məsələsi həllini tapıb - <span style="color: red;">YENİLƏNİB
# 27 noyabr 2015 14:23 (UTC +04:00)

Bunu "APA-Economics"ə açıqlamasında "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev deyib.

 

"Azəristiliktəchizat" "Azəriqaz"a olan borcunu ödəməyib, amma borcun ödənilməsi ilə bağlı müvafiq razılıq əldə olunub. Bilirsiniz ki, biz "Azəristiliktəchizat"ın az miqdarda borcu olan qazanxanalarını qazla təmin edirdik. Bu günün sonunadək isə bütün qazanxanalar qazla təmin olunacaq", - deyə İ. Kərbəlayev bildirib.

 

 

 

SAAT 16:46

 

 

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan hökumətinin müvafiq göstərişinə əsasən SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi və “Azəristiliktəchizat” ASC arasında yaranmış borc məsələsi həllini tapıb.

 

Bu barədə “APA-Economics”ə SOCAR-dan məlumat verilib.

 

Bununla əlaqədar “Azəriqaz” İB tərəfindən bu günün sonuna qədər “Azəristiliktəchizat” ASC-nin bütün qazanxanalarına qazın buraxılışı haqqında tapşırıq verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR