Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Azəri-Çıraq-Günəşli" yataqları blokunun işlənməsinə başlanılan gündən bu günədək 393 mln. ton neft, 118 mlrd. kubmetr qaz hasil edilib.
“APA-Economics”in məlumatına görə, bunu bu gün keçirilən "Xəzər və Mərkəzi Asiya: Ticarət, logistika, neft emalı və neft-kimya" beynəlxalq praktiki konfransda çıxışı zamanı SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
Onun sözlərinə görə, bu gün yataqlar blokunda 91 quyu fəaliyyət göstərir: "Burada gündəlik olaraq 90 min ton neft hasil olunur. Gündəlik qaz hasilatı isə 36 mln. kubmetr təşkil edir".
X. Yusifzadə bildirib ki, bu yataqlardan əldə olunan 218 mln. ton mənfəət neftidir: "Bu ilin birinci rübündə bu yataqlar blokundan 8 mln. ton neft hasil edilib ki, bunun da 5,3 mln. tonu mənfəət nefti təşkil edib".