Bank Of Baku

SOCAR: Azərbaycanda istehsal olunan benzin daxili tələbatı tam ödəyir

SOCAR: Azərbaycanda istehsal olunan benzin daxili tələbatı tam ödəyir
# 13 may 2015 14:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Hazırda Azərbaycanda istehsal olunan benzin hesabına ölkənin tələbatını asanlıqla tam ödəmək mümkündür”.

 

APA-Economics”in xəbərinə görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti David Məmmədov bildirib.

 

D. Məmmədov qeyd edib ki, ölkənin benzinə olan illik tələbatı 1,4 mln. ton təşkil edir.

 

“Bunun hesabına daxili tələbat tam ödənilir. Azərbaycanda benzinə olan tələbat da kifayət qədərdir. Bu gün Azərbaycan üçün benzin ixracını həyata keçirmək sərfəli deyil. Azərbaycanda istehsal olunan benzinin keyfiyyəti o qədər də yüksək deyil”, - deyə vitse-prezident qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR