Bank Of Baku

SOCAR: Hasilatın Pay Bölgüsü sazişi üzrə birgə layihələrin iştirakçıları tərəfindən neft-qaz sektoruna 55 mlrd. dollar sərmayə qoyulub

SOCAR: Hasilatın Pay Bölgüsü sazişi üzrə birgə layihələrin iştirakçıları tərəfindən neft-qaz sektoruna 55 mlrd. dollar sərmayə qoyulub
# 05 may 2015 07:44 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və onun törəmə şirkətləri 18 Hasilatın Pay Bölgüsü sazişi üzrə 15 ölkəni təmsil edən 25 şirkətlə əməkdaşlıq edir.

 

APA-Economics”in məlumatına görə, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev “Azərbaycan” qəzetində dərc olunan yazısında bildirib.

 

R. Abdullayev qeyd edib ki, birgə layihələrin iştirakçıları tərəfindən ölkənin neft-qaz sektoruna 55 mlrd. ABŞ dolları həcmində sərmayə qoyulub: “Təsis etdiyimiz 37 Birgə Müəssisə və 7 Alyans neft və qaz sənayesinin, demək olar, bütün sahələrində uğurla fəaliyyət göstərir. “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatına yeni nəfəs gətirib”.

 

SOCAR prezidenti deyib ki, son 20 ildə “Azəri-Çıraq-Günəşli” layihəsinə 3 000-dən artıq yerli müəssisə və şirkət cəlb olunub: “Sənayenin lokomotivi rolunu oynayan neft sektoru ilə bərabər, qeyri-neft sektoru da güclənmiş, ümumi daxili məhsulda onun xüsusi çəkisi artıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR