İşlənilmənin əvvəlindən "Şahdəniz" yatağından 83 mlrd. kubmetr qaz və 21 mln. ton kondensat hasil edilib. "APA-Economics" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən 24-cü Beynəlxalq Xəzər Neft-Qaz konfransında SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
Onun sözlərinə görə, "Şahdəniz" yatağından gündəlik olaraq 30 mln. kubmetr qaz və 7 min. ton kondensat hasil edilir: "Yatağının işlənməsi ilə Azərbaycan qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevrilib".
Qeyd edək ki, "Şahdəniz" yatağının ehtiyatları 1,2 trln. kubmetr qaz və 240 mln. ton kondensatdan ibarətdir.