Bank Of Baku

SOCAR: Magistral qaz xəttində yanğın söndürülüb

SOCAR: Magistral qaz xəttində yanğın söndürülüb
# 27 dekabr 2016 13:27 (UTC +04:00)

Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində baş verən yanğın söndürülüb. Bu barədə "APA-Economics"ə SOCAR-dan məlumat verilib.

 

"Qəza baş vermiş xətdə təmir bərpa işlərinə başlanılıb, Abşeron yarımadasına qazın verilməsi alternativ qaz xətti ilə bərpa olunub", - deyə qurum rəsmisi bildirib.

 

Xatırladaq ki, yanğın bu gün saat 09:55-də baş verib.
 

SOCAR-ın yaydığı məlumatda deyilir ki, yanğının söndürülməsi məqsədi ilə həmin xətt lokallaşdırılıb, bu xəttə verilən qaz alternativ qaz kəmərinə ötürülüb. Hadisə yerinə dərhal yanğından mühafizə qüvvə və vasitələri cəlb olunub. Baş vermiş yanğın Abşeron yarımadasının qazla təchizatında müəyyən məhdudiyyətlər yaradıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR