Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yeraltı qaz anbarlarına təbii qazın vurulmasını davam etdirir.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, hazırda payız-qış mövsümü üçün SOCAR-ın “Qaradağ” və “Qalmaz” qaz anbarlarına təbii qazın vurub.
Bu proses mövcud qrafikə uyğun olaraq, aprel ayından başlanılmışdır və cari ilin noyabr ayında başa çatdırılacaq. Bu il mayın 20-ə kimi anbarlara ümumilikdə 338 mln. 754 min kubmetr qaz vurulub ki, bunun da 186 mln. 205 min kubmetri “Qalmaz”, 152 mln. 549 min kubmetri isə “Qaradağ” qaz anbarlarının payına düşüb.
Mövsümün sonuna kimi qaz anbarlarına ümumilikdə 2,5 mlrd. kubmetr qazın vurulması proqnozlaşdırılır.