Bank Of Baku

SOCAR "Rosneft"in bəzi aktivlərini ala bilər

SOCAR "Rosneft"in bəzi aktivlərini ala bilər
# 10 fevral 2016 15:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR Rusiyanın "Rosneft" dövlət şirkətinin bir sıra aktivlərinə yiyələnmək imkanını öyrənir. "APA-Economics" xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev Londonda "Rosneft" şirkətinin prezidenti İqor Seçinlə danışıqlardan sonra jurnalistlərə bildirib.

 

"Bir neçə həftə ərzində sənədlərin imzalanması mümkündür. Aktivlərin adları məlumdur, lakin iddiaçıların sayı çoxdur, hamı "Rosneft" ilə əməkdaşlıq etmək istəyir", - deyə R. Abdullayev bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR