Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin martın 25-26-da Rusiyanın paytaxtı Moskvada III "Rusiya və MDB Neft-kimyası" illik konfransı baş tutacaq.
"APA-Economics"in məlumatına görə, konfrans çərçivəsində MDB ölkələrinin aparıcı neft-kimya məhsulları istehsalçıları olan və konfransın daimi iştirakçı şirkətlərinin nümayəndələri çıxış edəcəklər. Bunların arasında "Sibur", "Tatneft", ONK, “Başneft”, “Rusvinil”, “Sanors”, “Titan”, “KazMunayQaz”, “Qazprom”, "Lukoil" və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) də var.
Konfransda bir sıra məsələlər, o cümlədən Qazaxıstan, Özbəkistan, Belarus və Azərbaycanda yeni istehsal və tikinti komplekslərinin modernləşdirilməsi müzakirə olunacaq.