Bank Of Baku

SOCAR: Supsa limanından xam neft ixracı 32% azalıb

SOCAR: Supsa limanından xam neft ixracı 32% azalıb
# 03 iyul 2017 14:51 (UTC +04:00)

Bu ilin iyun ayında SOCAR tərəfindən Supsa limanından 176,139 min ton xam neft ixrac edilib ki, bu da ötən ilin müvafiq ayı ilə müqayisədə 0,01% çoxdur.


"APA-Economics" SOCAR-ın açıqladığı statistikaya istinadən xəbər verir ki, may ayı ilə müqayisədə bu kəmərlə nəql olunan neftin həcmi 32,35% azalıb.

Ümumilikdə, bu ilin yanvar-iyun ayları ərzində Supsa limanından 1 mln. 315,184 min ton xam neft ixrac edilib ki, bu da ötən ilin ilk yarısı ilə müqayisədə 8,06% çoxdur.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR