Bank Of Baku

SOCAR: TANAP-dakı payımızın 7%-nin “SOCAR Turkiye Enerji”yə satılması maliyyələşmə problemini həll edəcək

SOCAR: TANAP-dakı payımızın 7%-nin “SOCAR Turkiye Enerji”yə satılması maliyyələşmə problemini həll edəcək
# 14 sentyabr 2015 09:54 (UTC +04:00)

"APA-Economics"in xəbərinə görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

 

“SOCAR Turkiye Enerji”nin TANAP-da pay alması maliyyələşmə probleminin həll edilməsi üçün sistemdə edilən düzəlişdir. Bu gün SOCAR TANAP-da 58% səhmə sahibdir. Onun da 7%-ni biz “SOCAR Türkiyə”yə veririk ki, maliyyələşməni həyata keçirək. Bu, spesifik keçidlərdir”, - deyə R. Abdullayev vurğulayıb.

 

O, əlavə edib ki, SOCAR-ın Türkiyədəki aktivlərinin artması “SOCAR Türkiye”nin böyüməsi deməkdir: “Bilirsiniz ki, TANAP-dakı səhmlərimizin 13%-nin 1,3 milyard dollara satışını təmin etdik. Bu vəsaitlər əsasən SOCAR-ın banklardan götürdüyü kreditlərin qaytarılmasına və yeni layihələrin maliyyələşdirilməsinə yönələcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR