Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Ümid" yataqlar blokunda quyuların qazılması prosesi bu il də davam etdiriləcək.
"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
"Biz öz işlərimizi görürük. Bu quyuların qazılması işlərini saxlamaq bizim üçün sərfəli deyil. 5-6 günə quyuların birində qazma işlərinə start veriləcək. Yalnız həmin quyu araşdırıldıqdan sonra bilinəcək ki, orda platforma qoyulsun ya yox", - deyə X. Yusifzadə bildirib.