Bank Of Baku

SOCAR Azərbaycan banklarından 100 mln. manatdan artıq kredit cəlb edib

SOCAR Azərbaycan banklarından 100 mln. manatdan artıq kredit cəlb edib
# 01 iyul 2015 12:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu il ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ümumilikdə 104 mln. manat kredit cəlb edib.

 

"APA-Economics"in xəbərinə görə, bu barədə "Ernst&Young" audit şirkəti tərəfindən aparılan SOCAR-ın konsolidasiya edilmiş maliyyə hesabatına deyilir.

 

Hesabata əsasən, SOCAR bu ilin fevralın 12-də və martın 29-da Azərbaycan Beynəlxalq Bankından müvafiq olaraq 13 mln. manat və 50 mln. manat məbləğində yeni kreditlər alıb.

 

Bundan başqa, şirkət yanvarın 29-da Qafqaz İnkişaf Bankından 52 mln. dollar (41 mln. manat) məbləğində kredit cəlb edib.

 

Kreditlərin təyinatı açıqlanmır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR