Bank Of Baku

SOCAR Bakı-Novorossiysk kəməri ilə neft ixracını dayandırıb

SOCAR Bakı-Novorossiysk kəməri ilə neft ixracını dayandırıb
# 01 iyul 2015 13:13 (UTC +04:00)

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, bu göstərici ötən ili analoji dövrü ilə müqayisədə 33,4% çoxdur.

 

Ötən ay isə Novorossiysk limanından xam neft ixrac edilməyib.

 

Qeyd edək ki, Azərbaycan nefti 1997-ci ildən etibarən Bakı-Novorossiysk kəməri ilə nəql olunur.

 

2014-cü il fevralın 18-də SOCAR və “Transneft” arasında Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə nəqlinə dair qarşılıqlı faydalı kommersiya şərtləri əsasında yeni müqavilə imzalanıb. 2014-cü ilin sonuna qədər olan müddət üçün nəzərdə tutulan müqaviləyə əsasən, SOCAR hər ay Bakı-Novorossiysk kəməri ilə 85 min ton neft nəql edirdi.

 

SOCAR və "Transneft" Azərbaycan neftinin Bakı-Novorossiysk boru kəməri ilə nəqli haqqında müqaviləni 2015-ci ilin sonuna kimi uzadıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR