Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən ilin dekabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 462 950 ton Azərbaycan nefti nəql olunub.
Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) “APA-Economics”ə verilən məlumata görə, bu, 2013-cü ilin dekabr ayı ilə müqayisədə 2,6% çoxdur.
Ötən ilin yanvar-dekabr aylarında bu kəmərlə 28 508 192 ton neft ötürülüb. Bu da 2013-cü ilin 12 ayı ilə müqayisədə 4% azalıb.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il yanvar ayının 1-ə qədər BTC-yə 263 649 785 ton neft vurulub. Bundan başqa, ötən ilin dekabr ayında BTC kəməri ilə ümumilikdə 644 134 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.